Aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Növbəti görüş rayonun təhsil işçiləri ilə keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov son illər ərzində ölkənin təhsil sistemində aparılan köklü islahatlardan və qazanılan müsbət nəticələrdən danışıb. C.Osmanov son 15 ildə təhsilə ayrılan xərclərin 8,5 dəfə artdığını və bu günədək ölkədə tikilən 3100 məktəb binasından Ağdaş rayonunun da payına düşdüyünü qeyd edib. Rayon təşkilat sədri seçiciləri görülən işlərin davamlı olması üçün Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən millət vəkili Elman Nəsirov ölkə başçısının təhsilə olan diqqət və qayğısından danışaraq, son illər bu sahədə həyata keçirilən uğurlu islahatların, yeniliklərın məntiqi nəticəsi olaraq, Azərbaycan təhsilinin dünya standartlarına tələblərinə cavab verdiyini bildirib.
Seçicilər adından çıxış edən Anar İbrahimov, Dursun Əliyeva, Aqşin Kərimli, Elşən Vaqifzadə, Bilqeyis Muxtarova ölkədə təhsilə göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasından, ölkə başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, müasir tipli məktəb binalarının tikilərək istifadəyə verilməsindən, eləcə də, təhslin keyfiyyətinin artırılması məqsədi ilə tətbiq olunan yeniliklərdən söz açıblar. Ağdaşda da son illər xeyli sayda məktəb binasının tikilməsi gələcək nəsillərin daha yüksək səviyyədə təhsil almaları və eyni zamanda, bu gün təhsil işçiləri üçün əlverişli iş şəraitinin yaradılması üçün ölkə başçısı Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirərək, ağdaşlı təhsil işçilərinin 11 aprel tarixində də yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB