11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəki Dövlət Dram Teatrının binasında 400 nəfər ilk dəfə səs verəcək gənclərlə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi apardığı məqsədyönlü və uğurlu siyasəti barədə ətraflı söhbətlər aparıb.
O, əmin olduğunu bildirib ki, ilk dəfə səs verəcək gənclərimiz 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Bədrəddin Sədiyev, Qabil Qədimov, Rafik Rəsulov, Yusif Şükürlü və Nuralı Çələbiyev çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirdə çıxış edən gənclər seçicilər artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqının lideri Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB