Ucarlı səhiyyə işçiləri: "Biz İlham Əliyevə səs verəcəyik"

Ucar rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi aprelin 4-də rayonda səhiyyə işçiləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. Azərbaycanın bütün sahələrdə çoxsaylı uğurlar əldə etməsini təmin edən amilin Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət olduğunu deyən rayon təşkilatının sədri qeyd edib ki, bu amili Ucarın səhiyyə işçiləri də bu siyasətin ətrafında sıx birləşiblər: "Bu baxımdan, bizlər əminik ki, Ucar ictimaiyyəti, xüsusilə səhiyyə işçiləri də hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu dönməz və qətiyyətli mövqeyi nümayiş etdirəcəklər".

Təbliğat qrupunun üzvüləri - Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Slaviyan Unveristetinin professoru, türkoloq, folklorşunas, ədəbiyyatşunas, tərcümə nəzəriyyəçisi, şair-tənqidçi, filalogiya elmləri doktoru, "Əməkdar müəllim" Nizami Məmmədov və Rahib Rəsulov çıxış edərək aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Səhiyyə işçiləri adından Səidə Ələkbərova çıxış edərək qeyd edib ki, Cənab İlham Əliyev barədə formalaşan fikirlərdə və rəylərdə Onun xalqının lideri olması, insanları öz arxasınca uğur və qələbələrə doğru aparmaq qabiliyyətinə malik olması haqqında reallıqlar bütün mənalarda öz təsdiqini tapmaqdadır. "Cənab İlham Əliyev bizim tək liderimizdir və birmənalı olaraq Ona səs verəcəyik"-deyə səhiyyə işçiləri adından danışan S.Əkbərova vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə