Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş rayonun Qoşakənd kəndində keçirilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova bildirib ki, ötən 15 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlb ediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkmişdir. Bunun nəticəsidir ki, ötən 15 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial - iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır. Rayon şöbəsinin sədri tam əminliklə bildirib ki, Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, partiyanın ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacağı mütləqdir.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Anar Nəbiyev, Zaur Muradov, Şəfaqət Rəsulov, Şəmsiyyə Əhmədova çıxış edərək qeyd ediblər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Görüşdə seçicilər adından çıxış edən Qoşakənd kənd sakinləri Mehman Əşrəfov, Ziyəddin Mövlamov, Əlişir Süleymanov, Əflatun Baxışov xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə, 11 aprel 2018-ci il tarixində seçki məntəqələrinə gələrək Cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB