11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirilib.
Görüşü YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafının yüksəliş mərhələsini yaşadığını bildirib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti də Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: "Azərbaycan qadınları ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək gündən-günə daha da fəallaşır, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini verirlər. Bu gün ölkəmizdə aparılan qadın siyasəti bütün normativ-hüquqi aktlara və beynəlxalq prinsiplərə uyğun həyata keçirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan qadını cəmiyyətin əsas parçasına, önəmli faktoruna çevrilib".
Rayon təşkilat sədri ölkəmizdə hökm sürən firəvan həyatın, inkişafın, sülh və əmin-amanlığın davamlı olması üçün Nəsimi rayon qadınlarını partiyanın namizədinə səs verməyə çağırıb.
Görüşdə millət vəkili Ziyad Səmədzadə, YAP Qadınlar Şurasının sədr müavini, millət vəkili Sevinc Fətəliyeva və Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək Azərbaycan qadınının keçdiyi tarixi yola nəzər salıb, onun dövlətçilik qarşısında xidmətləri, xüsusilə də müstəqilliyin ilk illərindən bugünədək olan fədakarlıqlarından danışıblar. Qeyd olunub ki, Azərbaycan qadını Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Azərbaycan qadınlarının adını şərəfli və uca tutan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən fəxrlə danışaraq, onu özlərinə nümunə kimi qəbul etdiklərini səsləndiriblər.
Çıxış edənlər seçiciləri 11 Apreldə əmin-amanlığın, sabitliyin, inkişafın, təhlükəsizliyin davamlı olması üçün partiyanın namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıblar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB