Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini YAP-ın Mərkəzi Seçki qərargahının təşviqat qrupunun üzvü Ağalar Vəliyevin iştirakı ilə aprelin 4-də Goranboy şəhərində seçicilərlə, şəhid ailələri, Qarabağ əlilləri və gənc seçicilərlə, eləcə də Qızılhacılı qəsəbə seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə çıxış edən Ağalar Vəliyev ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlər eləcə də Goranboy rayonunda aparılan quruculuq abadklıq işləri, qarşıdakı vəzifələr və hədəflər barədə məlumat verilmişdir. Millət vəkili Ağalar Vəliyev seçiciləri aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən qərargah üzvü Şahin Allahverdiyev, rayon Qadınlar şurasının sədri Səidə Məmmədova, seçici İskəndər Səklikov, Müşfiq Sadıqov Qızılhacılı qəsəbə sakini Eldar Orucov, İlaidə Əhmədova çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB