Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupu preizdentliyə namizəd Cənab İlham Əliyevin təbliğat- təşviqat kampaniyası çərçivəsində rayonun aktiv qadınları və gəncləri ilə görüş keçirdi. Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin sədri Azad Balayev giriş sözü ilə açaraq Cənab İlham Əliyevin 15 il ərzində ölkəmizə rəhbərlik etdiyi dövr ərzində həyata keçirilən islahatlar, sosial iqtisadi inkişafdan, beynəlxalq aləmdə Azərbaycanın nufuzunun artmasından danışdı. Bildirdi ki. Prezident İlham Əliyev hər zaman qadınlara xüsuso diqqət və qayğı göstərib, onların yüksək dövlət vəzifələrinə irəli çəkilməsində böyük etimad göstərib. A.Balayev bu uğurların və əldə edilən nailiyyətlərin davam etdirilməsi üçün seçiciləri fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupunun üzvü Ömər Osmanov çıxış edərək rayonun aktiv qadınlarının ictimai-siyasi fəaliyyəti, rayonun ictimai həyatında qadınların rolu , gənc nəslin tərbiyə edilməsində qadın amilinin böyük olmasından danışıb.Bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında, həyata keçirdiyi tədbirlərdə qadınların, o cümlədən Balakən qadınlarının rolunu yüksək qiymətləndirib. O 11 apreldə baş tutacaq seçkilərdə Balakən qadınlarının, aktiv gənclərinin həmişə olduğu kimin bu dəfə də fəal olacağını və Cənab İlham Əliyevə səs verəcəklərini bildirdi. Tədbirdə gənclər adından çıxış edən Çinarə Bazarova 11 aprel seçkilərində Balakən gənclərinin yekdillik nümayiş etdirərərək Cənab İlham Əliyevə səs verəcəklərini bildirib.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB