Millət vəkili xaçmazlıları Cənab İlham Əliyevə səs verməyə çağırıb

Xaçmaz şəhərində Prezident seçkilətinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz şəhərində izdihamlı mitinq keçirilib. Mitinqdə millət vəkili Eldəniz Səlimov çıxış edib və o mitinq iştirakçılarına səslənib. Hörmətli mitinq iştirakçıları, əziz xaçmazlılar.

Hər birinizi böyük yolun davamçısı, Azərbaycanın inkişaf zəmanətçisi, xalqımızın layiqli oğlu İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyası çərçivəsində keçirilən bu möhtəşəm mitinqdə salamlayıram.

Artıq seçki marafonuna qısa bir vaxt qalıb. Bir neçə gün sonra, daha dəqiq desək aprelin 11-də Azərbaycan vətəndaşları növbəti dəfə öz prezidentini seçəcək, ölkəni 7 il müddətinə ona etibar edəcəklər. İstər prezidentliyə namizədlərin reytinqi, istər onlara olan xalq etimadı, dəstəyi bizə əminliklə onu deməyə əsas verir ki, Azərbaycan seçiciləri bu dəfə də böyük yolun davamına, ölkəmizin inkişafına, İlham Əliyevə səs verəcəklər. Çünki Azərbaycanın hər bir vətəndaşının problemini öz problemi bilən, hər bir cəmiyyət üzvünün qayğısını öz qayğısı hesab edən, insanları həmin problem və qayğılardan xilas edən məhz layilqli namizədimiz olan Cənab İlham Əliyevdir. Hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən Cənab İlham Əliyev ötən 15 ildəki fəaliyyəti ilə bunu sübuta yetirdi, dövlət məmurundan tutmuş sıravi vətəndaşına, şəhərlisindən, kəndlisinə qədər hər birimizin prezidentinə çevrildi. İndi isə növbə bizimdir və biz də hər bir vətəndaşlıq borcumuzdan istifadə edərək hər bir vətəndaşın prezidenti olan İlham Əliyevə öz borcumuzu qaytarmalıyıq.

Əziz xaçmazlılar, hörmətli seçicilər. Mən əminəm ki, 11 aprel günü hər bir səsvermə hüquq olan vətəndaş seçki məntəqələrinıə gedərək Cənab Prezident İlham Əliyevə səs verəcək. Bu həm də inkişafa, tərəqqiyə, yüksəlişə səs vermək demək olacaq. Gəlin hamılıqla Azərbaycanın inkişafına, daha xoş gələcəyinə səs verək.

Hörmətli seçicilər. Bu günlər biz həm də bayram əhval ruhiyyəsindəyik. Düz iki il əvvəl Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi qələbənin sevincini, fərəh, hissini yaşayırıq. İki il əvvəl yaşadığmızın sevincin davam etməsi, işğal altında olan torpaqlara daha tez yaxınlaşmağımız üçün də məhz bu müqəddəs yolun yolçusu olan Cənab İlham Əliyevə etimad göstərməyimiz şərtdir.

Hörmətli xaçmazlılar.

Bu günkü mitinq və yüksək seçki əhval-ruihiyyəsi bir daha məndə 11 aprel 2018 ci il Prezident seçkilərində hər birinizin fəal iştirak edəcəyinizə əminlik yaradır. Çünki biz xaçmazlılar hər zaman bütün ictimai-siyasi proseslərdə ön sıralarda olmuşuq və bundan sonra da olacağıq. Gələcəyimizin xoşbəxtliyi, firəvanlığı naminə İlhamla Irəli .

Var olsun dövlətim, yaşasın millətim, sağ olsun Prezidentimizi dəstəkləyən Xaçmazım.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə