Sabirabadlılar seçimlərini ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qəsəbələrində seçicilərlə görüşlərini davam etdirir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, növbəti belə görüş Ulacalı kəndində Ulacalı, Bulduq, Mürsəlli və Şıxlar kənd seçicilərilə keçirilib.

Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin sədri Məleykə Ağayeva seçiciləri prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib. Tədbirdə çıxış edən millət vəkilləri Rüstəm Xəlilov və Elçin Quliyev seçiciləri salamlayaraq 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə diqqət yönəldib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim irəliləməsini, Azərbaycanın hаzırda regionun lider dövlət olmasını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Füzuli Paşayev, Ziyadxan Gözəlov və başqaları çıxış edərək bildiriblər ki, hər zaman Ulu Öndər Heydər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən sabirabadlılar qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaq və 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə