YAP Göyçay rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir. Belə ki, kampaniya çərçivəsində növbəti görüş rayonun Şəhadət, Qarabaglar, Ərəbcəbrli kənd sakinləri ilə baş tutub.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov qonaqları və seçiciləri salamlayaraq, 11 aprel tarixində keçiriləcək prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm siyasi hadisə olduğunu bildirib. Qeyd olunub ki, Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. “Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Xalqımızın xöşbəxt , parlaq, işıqlı gələcəyinin təminatçısı cənab İlham Əliyevdir”- vurğulayan S.Şükürov seçki günü seçiciləri fəal olmağa və məntəqələrə gedərək, Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəhəng inkişaf yolu keçib və ölkəmiz regionun lider dövlətinə çevrilib. “Azərbaycan sabitlik və təhlükəsizlik baxımından nümunə olan ölkələrdən biridir” deyə qeyd edən natiq onu da bildirib ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə yüksək seçici fəallığı müşahidə edilir və seçicilər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevi dəstəklədiklərini birmənalı şəkildə ifadə edirlər. E.Nəsirov onu da bildirib ki, bəzi anti - Azərbaycan təbliğatı aparan ermənipərəst qüvvələr var ki, Azərbaycanın bu sabitliyini, təhlükəsizliyini ,əldə etdiyi ugurları, inkişafı gözləri götürmür və bu qüvvələr özlərini mühacir adlandıraraq xaricə qaçmış Orduxan Teymurxan elə əslən göycaylı olan Məhəmməd Mirzəli, Tural Sadıqlı kimi vətəndaslarımızdan istifadə edərək, ölkəmizdəki yaradılmış sabitliyi, rahatlıgı pozmaga calışırlar: “Lakin bildirmək istəyirəm ki bu qüvvələr heç zaman öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik bərabərlik qarşılıqlı dəstək var”.
E. Nəsirov qeyd edib ki, Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir: “Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Elman Nəsirov əmin olduğunu bildirdib ki , bütün göyçaylılar ən layiqli namizəd Cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edən millət vəkili Sabir Hacıyev bildirdi ki, xalqimiz 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevə səs verməklə xoş gələcəyə, və tərəqqiyə səs vermiş olacaq. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı Cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürur mənbəyidir. “Təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü tərəddüd etmədən Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar” deputat bildirib.
Çıxış edən kənd sakinləri Ərəstun Kərimov, Rübabə Şərifova, Sevda Hüseynova və başqaları əminliklə vurğulayıblar ki, Cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və göyçaylıların birmənalı olaraq dəyişməz seçimidir. “Bütün göyçaylılar hamılıqla Cənab 11 apreldə İlham Əliyevə səs verəcəklər” deyə kənd sakinləri vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB