Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının, rayon şöbəsinin sədri Vüqar Seyidov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrildiyini bildirib. Rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan vətəndaşları, o cümlədən, suraxanılılar Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevi alternativsiz Lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Rayon şöbəsinin sədri müstəqil Azərbaycanın daha böyük uğurlar əldə etməsi naminə, seçiciləri fəal olmağa və partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Suraxanı rayon seçicilərindən Arif Babayev çıxış edərək, bildirib ki, 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti artıb, ölkəmizin siması bütünlüklə dəyişib, əhalinin həyat səviyyəsi yüksəlib. Vurğulayıb ki, xalqın böyük rəğbət və inamını qazanmış Cənab İlham Əliyevin prezidentliyə namizədliyi geniş ictimaiyyət tərəfindən 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə dəstəkləyəcəyi şübhəsizdir.
Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Ağacan Abıyev 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Təbliğat-təşviqat qrupunun üzvləri Loğman Abdullayev, Hicran Şərifov, Elşad Həsənov, Mehman Əliyev, Sevinc Mansurova çıxış edərək, 11 aprel prezident seçkilərində seçiciləri məntəqələrə gələrək, Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB