Tərtərlilər seçki təbliğatında fəallıq göstərirlər

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonununda davam etdirilib. Bu gün növbəti təbliğat-təşviqat tədbirləri rayonun Buruc, Hüləbətli kəndlərində 490 nəfər, Sarov, Kovdadıq, Rəcəbli, Bildirçinli kəndlərində 420 nəfər seçicilərin iştirakı ilə keçirilib.

Təbliğat-təşviqat kompaniyası çərçivəsində Buruc, Hüləbətli kəndlərində keçirilən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Sarov, Kovdadıq, Rəcəbli, Bildirçinli kəndlərinin seçiciləri ilə keçirilən tədbiri isə YAP rayon təşkilatı aparatının rəhbəri isə Kamil Məmmədov açaraq çıxış ediblər.

Mitinq-görüşlərdə qeyd edilib ki, 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı həyata keçirilib. Əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən mühüm layihələr reallaşdırılıb, paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, insanların layiqli yaşayışının təmin edilməsi üçün ardıcıl işlər görülüb. Ölkədə pensiyaların artırılması, çox uşaqlı ailələrin, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürüdülən siyasət öz bəhrəsini verməkdədir.

Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri qorunub saxlanılmış və daha da inkişaf etdirildiyindən bu sahədə dünyada birgə yaşayışın Azərbaycan modeli təşəkkül tapıb. İlham Əliyevin gərgin əməyi sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyətinə çatdırılıb.

İƏT üzv olan ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Azərbaycan Qoşulmama Hərəkatına üzv olub.

Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilib, 2014-cü ildə Böyük Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.

Bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji rolunu möhkəmləndirib.

Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirdə rayon təbliğat-təşviqat qrupunun üzvü Faiq Məmmədov, Buruc kənd sakinlərindən Nüşabə Misirova, Saleh Məmmədov, Hüləbətli kənd sakini Vəfa Quliyeva, Sarov kənd sakini Zoya Muradova, Rəcəbli kənd sakini Mayıl Aslanov, Kovdadıq kənd sakini Rüfət İsmayılov, Bildirçinli kənd sakini Almaz Qasımova çıxış edərək ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildiriblər.

Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə