Səbail rayon seçiciləri tərəqqiyə, sabitliyə "HƏ" deyir! FOTOLAR - VİDEO

Bu gün Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi seçicilərlə “İLHAMLA İRƏLİ!” şüarı ilə növbəti görüşünü keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, əməkdar memar Prof. Gülçöhrə Məmmədova, YAP Səbail rayon təşkilatının sədr müavini Afət Xanbabayeva, “Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) ərazi ilk partiya təşkilatının sədr müavini İsrafil Bəkirov, 11 saylı Uşaq Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi Nəriman Həsənov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Hərbiləşdirilmiş Mühafizə İdarəsi”, bölmə rəisi Elman Nəbiyev, Teleradio İstehsalat Birliyi, Yeni texnologiyalar və inkişaf qrupunun rəisi Orxan Kərimov, Teleradio İstehsalat Birliyi, Yeni texnologiyalar və inkişaf qrupunun rəisi, YAP Səbail rayon təşkilatının Rayon Şurasının üzvü Svetlana Bayramova çıxış edərək seçicilərə YAP-ın vahid namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında ətraflı məlumat verdilər, son 15 ildə ölkəmizdə bütün sosial-iqtisadi sahələr üzrə əldə olunmuş möhtəşəm və misilsiz uğurlar haqqında danışıblar.

Çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, Azərbaycanın bu gün fəxr etdiyimiz və son 15 ildə qazanılmış bütün uğurları bilavasitə cənab İlham Əliyevin adı və Onun siyasətçi, dövlət xadimi kimi istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət arasında yüksək nüfuzunun olması ilə bilavasitə ilə bağlıdır. Cənab İlham Əliyevə növbəti 7 il müddətinə mandat verilməsi ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyinin qorunması, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi və daha da qüdrətli Azərbaycan deməkdir. Vurğulandı ki, Möhtərəm Prezidentimiz, partiyamızın sədri və vahid namizədi cənab İlham Əliyev hər addımda Ulu Öndər Heydər Əliyev siyasi kursuna yüksək sadiqliyini nümayiş etdirir. Müasir Azərbaycanın dağılmaq, yox olmaq, müstəqilliyini itirmək uçurumundan xilas edən əbədiyaşar Heydər Əliyev siyasəti, xüsusi qətiyyəti, cəsarəti və xalqın birbaşa mənafelərinə xidmət etməsi ilə müsbət mənada seçilən İlham Əliyevin məharətli idarəçiliyi, xalqımızın Prezidentimizə olan ümumxalq məhəbbəti, etimadı və sonsuz dəstəyi ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyinin gələcəkdə daha da möhkəmlənməsi, əhalinin rifahının ilbəil yaxşılaşdırılmasına hədəflənmiş sistemli islahatların davamlılığı, ölkəmizdə dayanıqlı və müstəqil iqtisadi siyasətin aparılması deməkdir. Güclü iqtisadiyyatın cəmiyyət həyatının bütün sahələrinin inkişafının təminatçısı olduğunu qeyd edən deputat bildirdi ki, Azərbaycana bu günə kimi çox uğurlar gətirən bu düşünülmüş siyasət bundan sonra da xalqımıza xoşbəxtlik və dinamik tərəqqi vəd edir. Millət vəkili Səbail rayon seçicilərini 11 aprel prezident seçkilərində fəal olmağa, Prezidentimizə inam və etimadlarını səsləri ilə bir daha təsdiqləməyə çağırdı.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında bildirdi ki, tarixin bütün dövrlərində Azərbaycanın heç vaxt indiki qədər güclü və müstəqil olmayıb. Azərbaycanda aparılan müstəqil siyasət, uğurlu daxili islahatlar və balanslaşdırılmış xarici siyasət daha davamlı inkişafımıza əsaslı zəmin yaradır. Ölkəmizin daha da qüdrətlənməsinə, regionda olduğu kimi dünyada söz sahibinə çevrilməsinə mühüm təsir göstərir. Eldar İbrahimov çıxışının sonunda bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə dəvət etdi.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edib. V.Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son on beş ildə gördüyü işlər nəticəsində nəinki respublikamızın mərkəzi, bölgələri belə inkişaf baxımından dünyanın diqqətindədir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, əməkdar memar Prof. Gülçöhrə Məmmədova rayon əhalisinin yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. O dövlətimizin daim gənclərə üstünlük verdiyini, onlara hər sahədə inkişaf etmələri üçün şərait yaradıldığını bildirib. Rayon gənclərini seçkilərdə fəal olmağa və xalqın alternativsiz liderinə səs verməyə çağırıb.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev diqqətə çatdırdı ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan daxili və xarici siyasət sayəsində böyük inkişaf, tərəqqi əldə edib. O, bütün seçiciləri prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Media Qrupunun rəhbəri bildirib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin namizədidir. Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir”.

Tədbirdə çıxış edən digərləri də ölkənin firavan gələcəyi naminə ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklərini dilə gətirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə