Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçiləri ilə görüş keçirilib. Görüşdən öncə, iştirakçılar rayon təşkilatı tərəfindən prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan videoçarxlara baxıblar. Daha sonra görüş rəsmi hissə ilə davam etdirilib.
Görüşü giriş sözü ilə açan Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov 11 aprel tarixində keçiriləcək prezident seçkilərinin dövlətimizin və xalqımızın həyatında mühüm siyasi hadisə olduğunu bildirib. Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin uğurlu siyasi strategiyası haqqında ətraflı məlumat verib. Ölkəmizin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyini və bu inkişafın dövlətçiliyimizin təhlükəsizliyinin, sabitliyimizin daha da möhkəmləndirilməsinə zəmanət verdiyini söyləyib.
R.Göyüşov seçiciləri Cənab İlham Əliyevə dəstək olmağa və səs verməyə çağırıb.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətindən danışıb. Təhsilin inkişafı dövlət siyasətinin daimi prioritetlərindən olub. Orta ümumtəhsil məktəbləri ilə yanaşı, ali və orta-ixtisas təhsil müəssisələrinin inşası, təmiri, yenidən qurulması, onların madd-texniki bazalarının möhkəmləndirilməsi üçün daim səylə çalışılıb.
Millət vəkili Madər Musayev çıxşında ölkəmizdə, o cümlədən, Binəqədi rayonunda həyata keçirilən təhsil islahatlarından danışıb. Daha sonra bütün sahələr üzrə əldə olunan nailiyyətlərdən söz açıb. Sürətli və dayanıqlı iqtisadi inkişafın Azərbaycanı regionda lider ölkəyə çevirdiyini, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli nəticələrə nail olunduğunu, ölkənin simasının regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində köklü surətdə dəyişdiyini bildirib. Aparılan iqtisadi islahatlar nəticəsində, qeyri-neft məhsullarının istehsalının və ixracının əhəmiyyətli dərəcədə artdığını, bütün bunların təhsilin inkişafına dövlət büdcəsindən ayrılan vəsaitlərin ilbəil artmasına şərait yaradır. M.Musayev çıxşında bütün uğurları nəzərə alaraq, ölkəmizin tərəqqisinin və firəvanlığının davamlı olması naminə gələcəyə doğru "İlhamla irəli"ləməyə çağırıb.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov çıxışında qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. H.Əsgərov görülən uğurlu işlər və qarşıda duran perspektivlər naminə bütün həmkarlarını Cənab İlham Əliyevin ətrafında sıx birləşməyə və Ona səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Adil Həmidov, Yusif Alıyev, Təranə Abulova və başqaları təhsil işçiləri və tələbələr üçün yaradılan şəraitdən danışaraq, qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB