Qubalı seçicilərlə görüşlər uğurla davam edir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun Küpçal, Vladimirovka, Aşağı-Atuc və Güləzi inzibati ərazi dairələrində seçicilərlə növbəti görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov günü-gündən güclənən, qüdrətlənən Azərbaycanın daha bir əhəmiyyətli hadisə ərəfəsində olduğunu bildirib. Artıq bir neçə gündən sonra xalqımızın növbəti dəfə prezident seçkilərində iştirak edəcəyini bildirərək, ölkədə mövcud olan xalq və iqtidar birliyinin hökm sürdüyünü diqqətə çatdırıb: "Məhz bu sarsılmaz birliyin nəticəsidir ki, ölkəmiz son 15 ildə sürətlə inkişaf etmiş, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılmışdır. Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişafın əsasını təşkil edir". Y.Abidov bu uğurların davamlı olması üçün qubalı seçiciləri partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Quba rayon şöbəsinin təbliğat qrupunun üzvləri Həsən Günəşli, Tahir Nuriyev, Hüseyn Kərimov qeyd ediblər ki, bu gün möhkəm təməllər üzərində qurulan dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, həyata keçirilən sosial layihələrdən, respublikamızda və rayonda görülən abadlıq işlərindən danışaraq, 11 apreldə keçiriləcək seçkilərdə bütün qubalıları hamılıqla YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar. Seçicilər çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizə böyük uğurlar və nailiyyətlər gətirdiyinə görə, xalq tərəfindən, birmənalı şəkildə dəstəkləndiyini bildirərək, bu siyasətin növbəti 7 ildə də davam etməsi üçün Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə