İsmayıllı seçiciləri altertivsiz Liderə səs verəcəklər

11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş rayonun Diyallı kəndində keçirilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin sədri Sevil Əhmədova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış və yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır.

YAP rayon təşkilatının sədri qeyd edib ki, bu günə kimi seçicilərlə keçirilən görüşlər, onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Taleh Salehov, Lətifə Əliyeva və Xuraman Qurbanova çıxış edərək Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə öz fikirlərini bölüşüblər. Natiqlər seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının və xalqın vahid namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

Görüşdə seçicilər adından çıxış edən Diyallı kənd sakinləri Məzahir Tapulov, Ramazan Bağırov, Şəmsiyyə Əhmədova, Əkbər Şəfaqətov və başqaları Cənab İlham Əliyevi, birmənalı olaraq, alternativsiz namizəd kimi gördüklərini qeyd edərək Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi ölkə rəhbərinin uğurlu fəaliyyətini vurğulayaraq, hamılıqla Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə