YAP Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin üzvləri aprelin-3 də rayonun Muğan qəsəbəsində və Qarasu kəndində seçicilərlə görüşlər keçiriblər.
YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov tədbirlərdə çıxış edərək bildirib ki, son 15 ildə Azərbaycan dövləti bir çox istiqamətlərdə ciddi uğurlara nail olub. Xüsusilə də burada qeyri-neft sektoru, o cümlədən sahibkarlıq inkişaf edib. Son illər kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sahələrində qazanılan uğurlar ölkəmizə dividendlər gətirib. Bütün bunlar xaricdən asılılğı azaldır, ölkəmiz idxalçıdan ixracatçıya çevrilir. ÜDM-in üçdə iki hissəsi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də qeyri-neft sektorunun inkişafı hesabına daxili tələbatını əhəmiyyətli dərəcədə təmin edəcək.
Bütün bunların fonunda xalqımız prezident seçkilərinə özünün gələcək ümidlərinin reallaşdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, Azərbaycanın bölgədə və dünyada qüdrətinin artması, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır. Ona görə də hacıqabullular yenidən cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov çıxış edərək bildirib ki, hələ 2003-cü ildə «Mən hər bir azərbaycanlının Prezidenti olacağam» deyən cənab İlham Əliyev verdiyi bütün vədlərə əməl edərək xalqın rifah halının yaxşılaşmasına, dövlətimizin qüdrətinin artmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıldı. İndi Azərbaycanın perspektivi parlaq – gələcəyi işıqlıdır, xalqın sabaha inamı güclüdür, ölkəmiz inkişaf yolunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Məhz bütün bunlara görə inanıram ki, xalqımız yenidən YAP-ın namizədinə səs verəcək.
Görüşlərdə Muğan qəsəbə sakini Nizami Şirinov və Qarasu kənd sakini Teyyub Fərəcov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 11aprel seçkilərində cənab İlham Əliyevə səs verməklə yenidən müdrikliyini göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB