YAP Xətai rayon təşkilatı seçicilərlə görüşlərini uğurla davam etdirir
"İlhamla irəli" şüarı altında keçirilən təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən YAP Xətai rayon təşkilatının seçicilərlə növbəti görüşünü giriş sözü ilə açan təşkilatın sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, artıq 11 aprel prezident seçkilərinə az vaxt qalır. Seçkilərin hər bir mərhələsinin uğurla aparılması son nəticə barədə aydın təsəvvür yaradır. Belə ki, təbliğat-təşviqat kampaniyasına start verildiyi vaxtdan seçicilərlə keçirilən görüşlərdən ümumi nəticə budur ki, xalqımız "İlhamla irəli" deyərək, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə dəstək olmaq, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyindədir.
H.Mirələmov qeyd etdi ki, demokratik cəmiyyətdə yaşayırıq. Bütün namizədlər üçün eyni şərait yaradılıb. Nüfuza, sosial dayağa malik olan hər kəsin qələbəsini təmin etmək üçün bütün şərait mövcuddur. Hər bir seçici öz seçimində sərbəstdir. Lakin özünün, ailəsinin, ümumilikdə ölkəsinin, xalqının gələcəyini düşənən hər bir Azərbaycan vətəndaşı bu seçim hüququndan düzgün istifadə etməli, qarşıdakı illərdə davamlı uğurlara nail olmağa dəstək verməlidir.
YAP Xətai rayon təşkilatının sədri bu uğurlara söykənərək qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə inamını ifadə etdi. Bu inamı şərtləndirən əsas amil isə xalqımızın 11 aprel prezident seçkilərində fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermələri olacaq.
Seçicələri fəal olmağa çağıran H.Mirələmov bildirdi ki, onlar 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə eyni zamanda son 15 ildə görülən işlərə, əldə olunan uğurlara qiymət vermiş olacaqlar. Səs verək, davamlı inkişafı təmin edək!
YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova bildirdi ki, son 15 ildə Azərbaycan daha möhtəşəm uğurlara imza atmışdır. "İlhamla irəli" şuarını seçməkdə məqsəd mövcud siyasətin davamı ilə daha möhtəşəm qələbələri hədəf kimi göstərməkdir. Azərbaycan vətəndaşları bu inkişafı gündəlik həyatlarında hiss edirlər. Mütəmadi olaraq bölgələrə səfər edən dövlətimizin başçısı İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə onları maraqlandıran məsələlərlə yaxından tanış olur, həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Cənab İlham Əliyev hər kəsin Prezidenti olduğunu uğurlu addımları ilə təsdiqləyir. Azərbaycan vətəndaşları irəli sürülən bütün təsəbbüsləri dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə həyata keçirilən siyasətə inam və etimadlarını nümayiş etdirirlər.
Seçicilərdən Səkinə Məmmədova, Yeganə Musayeva, Təranə Paşayeva, Nurəddin Muğanlı, Ceyhun Əliyev çıxış edərək bildirdilər ki, seçimimiz birmənalı və aydındır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməklə uğurlu gələcəyimizə səs verəcəyik. 11 apreldə sözümüzü həmrəyliyimizlə bildirərək, "İlhamla irəli" deyəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB