11 aprel seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Qax rayonunda seçicilərlə görüş keçirilmişdir. Görüşdə rayonun Qorağan və Şotavar kəndlərinin sakinləri iştirak etmişlər. Seçicilərlə görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qax rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Eldəniz Şabanov, Xalid Heydərov, Müzəffər Səfərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin son illər ərzində Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə geniş məlumat verdilər. Natiqlər qeyd etdilər ki, Cənab İlham Əliyevin daim öz xalqının yanında olması, dövlətin maraqlarından çıxış etməsi, özünün dediyi kimi- "hər bir Azərbaycanlının Prezidenti" olması Onu alternativsiz lider kimi dəyərləndirməyə imkan verir. Biz hamımız əminik ki, 11 apreldə Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirərək, doğru seçimini edəcəkdir.
Görüşdə kənd sakinlərindən Vahid Əliyev, Sevil Hacıyeva, Nazim Rəsulov, Rasim Məmmədov və başqaları çıxış edərək, qeyd etdilər ki, Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir və biz qaxlılar, bu kəndlərin sakinləri respublikamızda gedən inkişafı, tərəqqini çox yaxşı görürük. Bunun üçün də biz öz səsimizi bu inkişafa, bu tərəqqiyə - Cənab İlham Əliyevə verəcəyik.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB