Qəbələ seçiciləri seçkilərə böyük inamla gedir

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Qəmərvan kəndində keçirilib. Görüşlərdə Yeni Azərbaycan Partiyasının Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən Reyhan Məmmədova və Saleh Aslanov iştirak ediblər.

Çıxış edən hər iki təbliğat-təşviqat qrupunun üzvü qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Azərbaycan dövləti və xalqı, o cümlədən, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir: "Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Cənab İlham Əliyevə yekdilliklə səs verəcəyik".

Tədbirdə çıxış edən kənd sakinlərindən Zahir Aslanov, Hacıbala Ziyadov, Rəna Feyzullayeva və Qabil Cəfərov əminliklə bildiriblər ki, xalqımızın mütləq əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində ən doğru seçim edərək Cənab İlham Əliyevə səs verəcəklər!

İnam

Bütün xəbərlər Facebook səhifəmizdə