YAP Samux rayon təşkilatında səhiyyə işçiləri ilə görüş keçirilib
Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında səhiyyə işçiləri ilə görüş keçirilib. Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Mərkəzi Təbliğat Qrupunun Samux rayon şöbəsinin üzvləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb. G.Bayramov qeyd edib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə təminat verdiyini bildirib. Qeyd edib ki, bütün bu sadalanan və digər uğurların davamı üçün hər kəs İlham Heydər oğlu Əliyevə səs versin.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İlham Həsənov çıxış edərək vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib. Bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir. Yəni, Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların da kökündə, mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. İ.Həsənov qeyd edib ki, səhiyyə işçiləri bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.
Daha sonra Mərkəzi Təbliğat Qrupunun Samux rayon şöbəsinin üzvləri Füzuli Cəfərov, Mehman Əliyev və Gülağa Hüseynov çıxış edərək vurğuladılar ki, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Bu uğurların davamı naminə hər bir səhiyyə işçisini 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırırıq.
Tədbirin sonunda təşkilat sədri Gündüz Bayramov 11 aprel Prezident seçkilərində Samux rayon sakinlərinin YAP-ın namizədi prezident İlham Əliyevə səs verəcəyinə əminliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB