Ailə və Ətraf Mühit İctimai Birliyi 11 aprel 2018-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyasıdan prezidentliyə namizəd İlham Əliyevi dəstəklədiyini bəyan edir. Aprelin 11-də demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçiriləcək seçkilərdə Azərbaycan xalqı yüksək fəallıq göstərərək, növbəti yeddi il üçün müstəqil Azərbaycan Respublikasının inkişaf, tərəqqi və yüksəlişi naminə öz iradəsini ortaya qoyacaq.
Ölkəmizin tarixinə hərtərəfli və sürətli tərəqqi illəri kimi daxil olan 15 illik fəaliyyəti dövründə İlham Əliyevin liderlik keyfiyyətləri, yüksək zəkası, siyasi iradə və uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan oturuşmuş liberal iqtisadiyyata, böyük maliyyə resurslarına, güclü orduya malik, eləcə də bütün beynəlxalq görüşlərdə və yüksək səviyyəli danışıqlarda, qlobal və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artan bir ölkəyə çevrilib.
İlham Əliyevin ötən 15 illik prezidentliyi dövrü eyni zamanda Azərbaycan xalqının maddi rifah və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirləşməsi ilə də səciyyələnmişdir.
İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən mühüm sosial, iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramlarının və verilmiş sərəncamların ardıcıl, qətiyyətlə yerinə yetirilməsi nəticəsində dövlət ailə siyasətinin möhkəmləndirilməsinə, gender bərabərliyinin təmin olunmasına, qadın və uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə, habelə qadınların respublikanın ictima-siyasi, sosial-mədəni həyatında fəallığının artmasına nail olunmuşdur.
İlham Əliyev eyni zamanda, müasir dünyada Azərbaycanın həm də özünün maddi-mənəvi, idman və intellektual potensialına uyğun layiqli yer tutmasında, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifidir.
İlham Əliyevin seçkilərdə qələbəsi bütün xalqımızın, bütün Azərbaycanın xoşbəxt gələcəyinin qələbə olacaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB