Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Cəlilabad rayon şöbəsi cənab İlham Əliyevin ölkə prezdentliyinə namizədliyini dəstəkləmək məqsədi ilə şəhərin Olimpiya İdman Kompleksində rayonun çoxminli seçicilərinin iştirakı ilə “İlhamla İrəli” devizi altında mitinq-konsert təşkil edib. Mitinq-konserti giriş sözü ilə Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərərgahı Cəlilabad şöbəsinin rəhbəri, YAP rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı açıb və qeyd edib: “Yəqin ki, bu gün buraya toplaşmamızın səbəbini uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Ölkəyə 15 il rəhbərlik etmiş, bütün biliyini, enerjisini, əməyini vətəninin çiçəklənməsinə, xalqının rifahına həsr etmiş bir şəxsiyyətin qiyməti başqa cür ola bilməz".
Tədbirdə Millət vəkili, YAP siyasi şurasının üzvü Mirkazım Kazımov, Millət vəkili Malik Həsənov, Ali Neft məktəbinin rektoru, YAP siyasi şurasinin üzvü Elmar Qasımov, Muharibə, Əmək və Silahlı quvvələr
veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov çoxminli seçicilər qarşısında çıxış edərək cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verməklə, rayonun seçicilərini 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə cənab İlham Əliyevə səs verməyə dəvət etmişlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası İcra Katibliyi aparatının məsul işçisi Emin Abbasov iştirak etmişdir.
Tədbirin bədii hissəsində respublikaının tanınmış incəsənət ustalarından Yusif Mustafayev, Ağadadaş Ağayev, Əflatun Qubadov, Teymur Mustafayev, Elçin Hüseynov, Yaşar Cəlilov, Səbinə Ərəbli, Aydın Sani, Nazənin Orxan, Könül Məmmədli, Orxan Lökbatanlı, Rəşad Dağlı, Gülay Zeynallı və digər sənətçilər seçicilər qarşısında maraqlı proqramla çıxış etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB