İlham Əliyevlə nurlu sabahlara doğru!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil, səhiyyə işçiləri və gənclərlə görüşlər keçirildi. Görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyyasının Riyaziyyat və Mexanika institunun direktoru Misir Mərdanov iştirak edib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Hazırda Azərbaycan məktəblərinin 90%-dən çoxu kompyuter və digər informasiya-komunikasiya texnoloqiyaları avadanlıqları ilə təchiz edilib. Ölkəmizdə son 15 ildə heç bir dövrdə olmayan qədər məktəblər tikilib,bir çox məktəblər üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edib. Məktəblərin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu gün davamlı olaraq təhsil sahəsində islahatlar həyata keçirilməkdədir. Məhz buna görə də cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq o, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürülüb və sözsüz ki, bu təklif bütün xalqın, dövlətimizi azad və xoşbəxt görmək istəyən hər bir kəsin ürəyindəndir.

Biz həmişə haqq-ədalətə önəm verən, xalqını, Vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan Liderə arxalanmışıq. Belə bir insan, belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi İlham Əliyevdir. Artıq prezident seçkilərinə az bir vaxt qalır. Azərbaycan demokratik bir ölkədir,hər kəs sərbəst düşünmək müstəqil seçim hüququna malikdir.11 aprel 2018- ci il prezident seçkilərində bu hüququmuzdan istifadə edərək ,seçki məntəqələrinə gəlib layiqli namizədə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə səs vermiş olarıq.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyyasının Riyaziyyat və Mexanika institunun direktoru Misir Mərdanov bildirib ki, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik və milli təhlükəsizlik şəraiti, ötən 15 il ərzində Azərbaycanda əldə olunmuş dinamik iqtisadi artım göstəriciləri, ölkənin strateji valyuta ehtiyatlarının artması, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, vətəndaşların sosial rifahının yaxşılaşması, ictimai həyatın bütün sahələrinin kompleks inkişafı, ordu quruculuğu haqqında seçicilərə ətraflı məlumat verib.

Qeyd olunub ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı müsbət işlər əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb. Müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıqdır. Bu isə güclü ordumuzun yaranmasına, peşəkar zabit kadrların yetişməsinə geniş imkanlar yaradır. Bütün bunları isə məhz Prezident İlham Əliyev son 15 ildə həyata keçirib. Məhz belə möhtəşəm uğurlara görə mən də Qobustan seçicilərini 11 aprel prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləməyə çağırıram.. Təbliğat-təşviqat qrupunun üzvlərindən Əlisa Hacıyev, Tahir Səbzaliyev, Güldəstə Bayımova və başqaları çıxış edərək partiyanın namizədi cənab İlham Əliyevlə həmrəyliklərini ifadə edərək bildirdilər ki, 2003-cü ildə keçirilən prezident seçkilərində xalqa müraciət edərək praqmatik düşüncəli, yüksək intelektə malik cənab İlham Əliyevə özü qədər inandığını bildirən Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycanın gələcəyini etibarlı əllərə tapşırmasıdır. Ölkə miqyasında keçirilən görüşlərdə deyildiyi kimi təbliğata ehtiyacı olmayan cənab İlham Əliyevin vəkili bütünlükdə Azərbaycan xalqıdır. Xalq cənab İlham Əliyevi dəstəkləməklə Ulu Öndər Heydər Əliyev siyasətinə sədaqətini bir daha təkrarlayır. Bu siyasətə səs verir. Təbii ki, dövləti dünyaya tanıdan onun siyasəti ilə yanaşı ziyalı potensialıdır. Ölkə Prezidenti İlham Əliyev ilk gündən təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasına səy göstərib. Onlarda 11 aprel 2018-ci ildə prezident seçkilərində daha fəal iştirak edəcəklərini, Azərbaycana bu günkü uğurları qazandıran, dünya birliyində layiqli yer tutmasını, sözünün də imzası qədər qüvvəsinin olmasını şərtləndirən siyasətə bir daha “hə” deyəcəklərini bildiriblər.

Görüşdə Şıxzahırlı kənd tam orta məktəbinin müəlliməsi Əliyeva Günay, Məmmədova Vüsalə, Qasımov Əbil çıxış edərək bildiriblər ki, son 15 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, 600-dən çox tibb ocağı tikilib istifadəyə verilib,eləcə də yeni-yeni müəssisələr yaradılıb. Bütün bunlar ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin ideyalarının ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi sayəsində mümkün olub. Belə ki, əldə edilən hər bir uğur bilavasitə cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir və biz qobustanlılarda bu siyasəti birmənalı şəkildə dəstəkləyirik. Ona görə də iştirak edən bütün seçiciləri aprelin 11-də fəal olmağa və Yeni Azərbaycan Partiyasınin namizədi İlham Əliyevə səs verməyə çağırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə