Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti 3 görüşdən biri rayonun Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli, Allahqulubağı, Əlibəyli kəndlərinin, digəri Körpükənd kəndinin, başqa birisi isə Çallı, Məlikumudlu kəndlərinin və Bəyimli qəsəbəsinin seçiciləri ilə keçirilib.
Görüşlərdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova prezident seçkilərinin Azərbaycan dövlətinin qarşıdakı illərdə inkişafı baxımından əhəmiyyəti, həmçinin cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə ətraflı məlumat verib. Pərvin Mahmudova kənd sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Cavid Osmanov son illərdə respublikamızda gedən sürətli, hərtərəfli və dinamik inkişafın bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, daxili və xarici siyasətin nəticəsi olduğunu və bu baxımdan növbəti seçkilərdə də xalqın yeganə alternativsiz namizədi olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Vəfa Bayramova, Mübariz Umarov, Fiqura Abbasova, Zabit Davudov, Rüxsarə Eminova cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq mövqeylərinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Çıxış edənlər xalqımızın öz müqəddəratını növbəti 7 il ərzində də yeganə layiqli namizəd cənab İlham Əliyevə etibar edəcəyinə əminliklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB