YAP Sabirabad rayon təşkilatı 11 aprel prezident seçkisi ilə bağlı təşviqat kampaniyasını davam etdirir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP-ın Mərkəzi Seçki Qərargahının YAP Sabirabad rayon şöbəsi “İlhamla İrəli” devzi altında 03 aprel 2018-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzində ilk dəfə səs verən seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva və təşviqat qrupunun üzvləri Böyükağa Həmidov, Salamulla Abdullayev, Nurlana Xəlilova, Telman Qurbanov çıxış edərək prezident İlham Əliyevin gənclər siyasətindən, gənclərin dövlət strukturlarında irəli çəkilməsindən və xarici ölkələrin tanınmış ali təhsil ocaqlarında təhsil almalarına dövlət dəstəyindən ətraflı məlumat veriblər. Gənclərimizin idmana həvəs göstərməsi və yüksək naliyyətlər əldə etməsini İlham Əliyevin bu sahəyə ayırdığı diqqətin nəticəsidir deyən natiqlər bildiriblər. Çıxış edən gənclərdən Əflan Hacıyev, Əfsanə Əsədova, Tünzalə Ağayeva ölkəmizin inkişafın davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə gələrək fəallıq nümayiş etdirərək İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB