Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti görüş rayonun Çəmənli kəndində keçirilib.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun sədri Hüseyn Bayramov, qrupun üzvü Teyyub Nəcəfov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat veriblər. Çıxışçılar həmçinin son 15 ildə Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində əldə edilən uğurlardan danışıblar. Qeyd olunub ki, həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Azərbaycan bu gün yerləşdiyi regionun lider dövləti kimi tanınır. Çıxışlarda o da vurğulanıb ki, Ağdam ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu dəstəyi nümayiş etdirəcək.
Görüşlərdə çıxış edən kənd sakinləri ağdamlı seçicilərin aprelin 11-də YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB