Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun təhsil və mədəniyyət işçiləri ilə görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin üzvləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva və digər şəxslər iştirak edib.
YAP-ın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Azad Balayev çıxış edərək İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi müddətində ölkənin təhsil sisteminə verdiyi töhfələrdən geniş söhbət açıb. Rayon mədəniyyət evinin işçiləri də görüşdə iştirak ediblər.
Rayonun mədəniyyət evinin tikilməsi, kəndlərdə mədəniyyət sahəsində aparılan islahatlar və abadlıq işləri haqqında geniş məlumat verilib. Rayonda yerləşən Heydər Əliyev Mərkəzinin əməkdaşı Çinarə Bazarova cənab İlham Əliyevin respublikanın regionlarına, o cümlədən Balakən rayonuna olan diqqətindən söhbət açıb.
Təhsil işçiləri adından çıxış edən Şəfiqə Tütünçiyeva, Texniki Təmayüllu Liseyin direktoru Şaban Abdullayev, İtitala kənd orta məktəbinin müəllimi Cəmilə Məmmədova görüşdə çıxış edərək 11 aprel günü bütün müəllimləri səsvermə məntəqələrində cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə Milli Məclisin üzvləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva çıxış edərək müstəqil Azərbaycanın inkişafına, iqtisadiyyatına, ordusuna, təhsilinə cənab prezidentin diqqət və qayğısından söhbət açaraq səsvermə günü Balakən seçicilərini səsvermə məntəqələrinə gəlməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB