Qəbələdə rayon ağsaqqalları və ilk dəfə səs verən gənclərlə görüş keçirildi
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələdə seçicilərlə görüşlər davam edir. Bu silsilədən növbəti görüş rayon ağsaqqalları və ilk dəfə səs verəcək gənclərlə keçirilib.
Görüşü giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açıb. O,cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ildə əldə olunan uğurlardan danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu daxili və xarici siyasətin ölkəmizin xoşbəxt gələcəyinin, xalqımızın firavan güzəranının etibarlı təminatçısı olduğunu vurğulayıb. Natiq əminliklə qeyd edib ki, növbəti seçkilərdə də xalq bu reallıqları nəzərə alaraq bir daha cənab İlham Əliyevə səs verəcək.
Sonra söz Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon Şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Telman Abduxalıqova verildi. O,Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında danışaraq son 15 il ərzində ölkəmizdə həyata keçirilən siyasətin gənclərin inkişafına təkan verdiyini deyib. 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır. T.Abduxalıqov bütün qeyd olunanları uğurlarımızın nəticəsi olaraq rayon ağsaqqallarını və gəncləri 11 apreldə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon Şöbəsinin təbliğat-təşviqat qrupunun gənc üzvü Pərvanə Səmədova qeyd edib ki, Prezident İlham Əliyev həmişə gənclərə böyük diqqət və qayğı göstərir: “Bu gün gənclər cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında çoxluq təşkil edirlər. Gənclərin hərtərəfli inkişafına diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır”. O, rayon gənclərini Prezidentimizin siyasətini dəstəkləməyə, Onunla həmrəy olmağa səsləyib.
Sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon Şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Reyhan Məmmədova çıxış edərək cənab Prezidentin ölkə gəncliyinə göstərdiyi qayğıdan danışıb. Natiq ölkənin hər yerində, o cümlədən Qəbələdə gənclər üçün yaradılan şəraiti bu qayğının parlaq təzahürü kimi dəyərləndirib.
Görüşdə çıxış edən rayon ağsaqqallar şurasının üzvü Şirin Şirinov, gənclərdən Namiq Ağayev, Məleykə Rəsulova, Nuranə Ağabəyli, Elvin Rizvanov, Lalə Məmmədova, Mehrab Səhrablı, Səbinə Cahangirli və ilk dəfə səs verən Meyli Nəbiyeva bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə Qəbələli gənclər bir nəfər kimi Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB