11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat–təşviqat kampaniyası çərçivəsində 1317 nəfərdən yuxarı seçicisi olan Şəki rayonunun Şəki kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü nəhəng işlərdən danışaraq bildirib ki, Onun müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb.
"Mən əminəm ki, aprelin 11-də Şəki kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər”, - deyə qeyd edən H.Həsənov seçki günü hər kəsi fəal olmağa və bir daha Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Yusif Şükürlü və Qabil Qədimov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirdə çıxış edən kənd sakinlərinin artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB