YAP Salyan rayon təşkilatı 11 aprel prezident seçkisiylə bağlı təşviqat kampaniyasını davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP Salyan rayon təşkilatının təbliğat qrupu bu gün Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin “İlhamla İrəli” şüarı ilə Salyan rayonunun Qaraçala kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə ilk öncə aprel şəhidlərinin xatirəsi yad edilib. Bildirilib ki, 2016-cı ilin aprel döyüşləri zamanı əldə olunan qələbə İlham Əliyevin Qarabağ torpaqlarının azad olunmasında qətiyyətli mövqe sərgilədiyinin sübutudur.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov, YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, əməkdar müəllim Yaqut Ələsgərova, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev çıxış ediblər. Onlar Prezident İlham Əliyevin fəaliyyətindən seçicilərə ətraflı məlumat veriblər.
Seçicilər seçki günü hamılıqla İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB