İmişli rayonunda seçicilərlə görüş davam edir

İmişli rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat kampaniyası davam edir. Rayonun Xəlfəli, Hacalmuradlı, Kürdmahmudlu, Muradallı, Nurulu, Otuziki, Qlubəyli və Muradxanlı, Əliqullar, Oruclu kəndlərində seçici qadınlarla və gənc seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib.

Milli Məclisin üzvü Əsabil Qasımov, Qadinlar Şurasının sədri Validə Zülfiqarova çıxış ediblər. Kənd ağsaqqalları, ziyalılar, qadınlar və gənclər seçicilər adından çıxış edərək YAP–nın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə