11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının növbəti görüşləri Ağdaş rayonunun Aşağı Nemətabad, Qəribli və Yuxarı Nemətabad kənd seçiciləri ilə keçirilib.
Görüşlərdə çıxış YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, millət vəkili Cavid Osmanov açaraq, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə 2003-cü ildən bu günədək həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, aparılan uğurlu daxili və xarici siyasətdən danışıb. Seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevə - Azərbaycanın daha da güclənməsinə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən seçicilər-Ələsgər Bəkirov, Aidə Cavadova və Cəfər Osmanov çıxış edərək, bildiriblər ki, şübhə yoxdur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına - İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kursun davamına, davamlı inkişafa səs verəcəklər.
Görüşdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova və Fuad Nəbiyev çıxış edərək, 11 aprel tarixində seçiciləri birlik nümayiş etdirərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB