Göyçaylıların birmənalı seçimi İlham Əliyevdir!

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir. Belə ki, kampaniya çərçivəsində növbəti görüş rayonun təhsil işçiləri ilə keçirilib.

Görüşdə çıxış edən, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin dövlət başçısı olaraq həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib.

Çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işləri və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini söyləyib. E.Nəsirov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət bu gün Onun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyib.

Daha sonra çixış edənlər - Milli Məclisin deputatları Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvü Elnur İsmayılov, rayonun 3 saylı məktəbin tarix müəlliməsi Samirə Bəşirova, rayon 4 saylı məktəbin tarix müəlliməsi Firəngiz Məmmədova, Ulaşlı-Şıxlı kənd orta məktəbin müəlliməsi Aynur Mahmudova, Bığır kənd 2 saylı tam orta məktəbin tarix müəllimi Aqil Məmmədov və başqalari Azərbaycanı işıqlı gələcəyə doğru aparan Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramının danılmaz oldugunu vurgulayıblar. Natiqlər qeyd ediblər ki, növbəti 7 ildə Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə