11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonununda davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün növbəti təbliğat-təşviqat tədbirləri rayonun Söylən, Alışarlı, Qapanlı kəndlərində 340 nəfər nəfər seçicilərin iştirakı ilə keçirilib.
Təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən tədbiri YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq çıxış edib. Qeyd edib ki, ölkəmizin siyasi həyatında ən önəmli hadisə olan Prezident seçkilərinin rayonun ərazisində də əhalinin yüksək fəallığı, azad, demokratik və şəffaflıqla həyata keçirilməsi üçün bütün lazımi şərait və zəmin vardır.
Yeni Azərbaycan Partiyasının namizədi, hazırki Prezident İlham Heydər oğlu Əliyevin son 15 ildəki fəaliyyəti bir mənalı şəkildə əminlik yaradır ki, Azərbaycan xalqı Ulu Öndər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ideyalarının təntənəsinə, ölkəmizdə bərqərar olmuş sabitliyə, sürətli iqtisadi inkişafa, milli təhlükəsizliyə səs verməklə, YAP-ın namizədinin parlaq qələbəsini təmin edəcəklər.
Vurğulanıb ki, bu gün Azərbaycan təkcə iqtisadiyyatının sürətli inkişafı ilə deyil, eyni zamanda beynəlxalq aləmdə söz sahibi kimi çıxış edərək, qlobal əhəmiyyətli məsələlərin həllində aparıcı rola malikdir. Dünyanın fövqəldövlətlərinin beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edərkən, eləcə də, dünya miqyaslı konfrans və tədbirlərin ölkəmizdə keçirilməsi, deyilənlərin sübutudur.
Ölkəmizin bu cür yüksək reytinqli nüfuz əldə etməsində əsas rolu Heydər Əliyev ideyalarının dönmədən Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi durur. İlham Əliyevin tarazlaşdırılmış, şaxələndirilmiş daxili və xarici siyasəti Azərbaycanı bir çox aparıcı, böyük dövlətlərin strateji partnyoruna çevirmişdir. Bu gün regionda elə bir iri sosial, iqtisadi, siyasi layihələr yoxdur ki, orada Azərbaycan yer almasın.
Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirdə Alışarlı kənd sakini Elbrus Qasımov, Söylən kənd sakini Əskinaz Məmmədova, Qapanlı kənd skaini Zəfər Nəsirov və Söylən kənd sakini Yaqub Ağayev çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildiriblər.
Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB