Astara rayonunun Təngərüd kəndində seçicilərlə növbəti görüş keçirildi

Bu gün YAP Astara rayon təşkilatı təbliğat-təşviqat kompaniyası çərçivəsində rayonun Təngərüd kəndində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov görüşdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə qədər keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib.

"Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur hissi keçirmək hisslərini formalaşdırır, digər tərəfdən xalqımızın rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı zəmin yaradır. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi, regionların inkişaf etdirilməsi YAP-ın həm də ictimai nüfuzunu müəyyənləşdirən amillərdir. Hər bir Azərbaycan vətəndaşı YAP-ın timsalında ölkənin bugünkü inkişafını təmin edən və gələcək tərəqqisinin əsasında dayanan ictimai gücü görür", - deyə F.Əhmədov bildirib.

Görüşdə çıxış edən sakinlər bildiriblər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu siyasətin layiqli davamçısı cənab İlham Əliyev 11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək.

Tədbirdə çıxış edən rayon ağsaqqalları Hamlet Əliyev, Seyran Babayev, Təngərüd kənd sakinləri Şərif Yunusov, Şaiq Əliyev, Sevanə Fətəliyeva, Maşxan kənd sakini Əbdülhəsən Muradov son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri rayonların, kəndlərin inkişafında mühüm rol oynayıb. Bir sıra təhsil, səhiyyə və mədəniyyət ocaqları təmir olunub. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Milyonlarla yeni iş yerləri açılıb və Azərbaycan turizm mərkəzinə çevrilib. Cənab İlham Əliyevə səs vermək, möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir. Çıxış edənlər bir daha seçiciləri 11 aprel 2018-ci il tarixdə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə