Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edib. SİA-nın verdiyi məlumata görə, təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayonun Mırtı kənd sakinləri ilə keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov YAP-ın namizədi cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verib.
Daha sonra cıxış edən Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini söyləyib. E.Nəsirov qeyd edib ki, Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Natiq seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyib.
Daha sonra çixış edənlər millət vəkili Sabir Hacıyev Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsi nin üzvü, BDU nin proffesoru Şövqi Göyçaylı və başqalari cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat veriblər. Bildiriblər ki, bütün Göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir, müdrik şəxsiyyətin yenidən Prezident seçilməsinə yekdilliklə qərar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB