Prezident seçkiləri ilə əlaqədar 603 beynəlxalq müşahidəçi akkreditə olunub

Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-dan SİA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 53 təşkilat və 54 ölkədən 603 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55 min 965 nəfərdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə