YAP Qax rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kampaniyasını davam etdirir. 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qax rayonu üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən rayonun Tasmalı, Qarabaldır, Lələpaşa kəndlərinin seçiciləri ilə keçirilmişdir. Görüşdə YAP Mərkəzi Seki Qərargahının Qax rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Müzəffər Səfərov və Elxan Bayramov seçicilər qarşısında çıxış edərək, bildirdilər ki, son 15 ildə YAP-ın prezidentliyə namizədi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmizdə tam siyasi sabitlik yaradılıb, bütün sahələr üzrə iqtisadiyyatımız sürətlə inkişaf edib, bölgələrin inkişafı üçün dövlət proqramları qəbul olunaraq, icra edilib və bu siyasət yenə də davam edəcəkdir. Çıxış edənlər 11 apreldə keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq nümayiş etdirərək Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə seçicilərdən Aydın Sərdarov, Bəxtiyar Habilov və Əhmədiyyə Əliyev çıxış edərək, qeyd etdilər ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü inkişafa və tərəqqiyə nail olub. Biz qaxlılar öz Prezidentimizin gördüyü işləri alqışlayırıq və Onu çox sevirik və növbəti seçkilərdə də Cənab İlham Əliyevi Prezident görmək istəyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə