11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Suraxanı rayon təşkilatı Suraxanı rayon "Gənclər Evi" ilə birgə gənclərlə görüş keçirib. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək, ilk öncə, gəncləri Cümhurriyyətin 100 illiyi münasibəti ilə təbrik etmiş və son 100 ildə respublikamızın keçdiyi həyat yolundan ətraflı danışmışdır. Vüqar Seyidov aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verərək, bildirmişdir ki, Prezident İlham Əliyev son 15 ildə gənclərin həyat səviyyəsinin yüksəlməsi üçün çoxlu sayda fərman və sərəncamlar imzaladığını, dövlət proqramları qəbul etdiyini bildirib. Təşkilat sədrinin sözlərinə görə, Cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı hər zaman böyük olmuşdur. O, bu uğurların davamı üçün gəncləri seçkilərdə fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə Amil Bağırov və Natavan Rüstəmova və digələri çıxış edərək, əminlik ifadə edərək, bildiriblər ki, hər zaman dövlətə, dövlətçiliyə sədaqətli olan Suraxanı gəncləri yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB