Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti uğurlu görüşü keçirilib. Görüşdə qonşu Tola kəndindən olan seçicilər də fəal iştirak edib.
Görüşdə giriş nitqi söyləyən YAP Qəbələ rayon təşkilatının sədr müavini, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Elçin Tağıyev Azərbaycanda son 15 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib, ölkəmizdə yeni zavod və fabriklərin, məktəblərin, müasir tipli xəstəxanaların, uşaq bağçalarının tikilməsi, yol infrastrukturunun daha da inkişaf etdirilməsi və yeni körpülərin tikilməsini iqtisadi uğurlarımızın göstərici adlandırıb. Elçin Tağıyev bütün seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində hamılıqla iştirak etməyə, son 15 ildə ölkəmizi tərəqqiyə, xalqımızı firavanlığa aparan Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd Möhtərəm İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Qudrət Səmədov vurğulayıb ki, Cənab İlham Əliyevin rəhbərlik etdiyi illər tariximizə iqtisadi yüksəliş illəri kimi daxil olub. 2003-2018-ci illərdə əhalinin nominal gəlirləri 8,6 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,4 faizə enib və 250 min məcburi köçkün mənzillə təmin olunub. Ölkənin inkişafının, insanların rifahı naminə həyata keçirilən islahatların prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil etdiyini diqqətə çatdıran Qudrət Səmədov bütün seçiciləri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə iştirak edən kənd sakinlərindən Əlihüseyn Şərifov, Əliyusif Yusifov, Nigar Məmmədova, Əsəd Səlimov, Eyzangül Hüseynova, Rafiq Şərifov, Arzu İsrəfilova, Xəyal
Məmmədov və Müşviq Əzizov çıxış edərək, seçimlərini etdiklərini və seçki günü məntəqələrə gələrək, Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB