YAP Binəqədi rayon təşkilatında ağsaqqal seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsində prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun ağsaqqal seçiciləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin son 15 il ərzində Azərbaycanda həyata keçirdiyi layihələr və gördüyü işlər əvəzsizdir: "Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artıb, dünya tərəfindən ən yüksək səviyyədə tanıdılıb".
R.Göyüşov çıxışında bildirib ki, ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin edilir. Bütün bu uğurların əsasında isə Cənab İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasi xətti durur. Sədr çıxışının sonunda bütün ağsaqqal seçiciləri Cənab İlham Əliyevi dəstəkləməyə və Ona səs verməyə çağırıb.
Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında dövlətimiz tərəfindən bütün təbəqələrdən olan insanlara xüsusi diqqət və qayğı göstərildiyini, onların maddi-rifah halının yaxşılaşdırılması, onların normal həyat şəraitinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü söyləyib. F.Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq, daim münasibətdə və ünsiyyətdə olduğu ağsaqqallarla söhbətindən belə nəticəyə gəldiyini bildirib ki, Azərbaycan ağsaqqalları Cənab Prezidenti dəstəkləyir, Onun daxili siyasətini bəyənir və bu siyasətin ölkəmizi işıqlı gələcəyə apardığını alqışlayırlar.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan heç vaxt indiki qədər güclü və müstəqil olmayıb. Azərbaycanda aparılan müstəqil siyasət, uğurlu daxili islahatlar və balanslaşdırılmış xarici siyasət daha davamlı inkişafımıza əsaslı zəmin yaradır: "Bu gün Cənab Prezidentə xalqın inamı sonsuzdur və seçicilər onlarla keçirilən çoxsaylı görüşlərdə yalnız Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayırlar. Cənab Prezidenti dəstəkləyənlər içərisində, təbii ki, əhalinin bütün yaş kateqoriyalarından olan insalar var. Ancaq ağsaqqalların müdrik və ziyalı sözləri daha hikmətlidir.
Bu baxımdan, ağsaqqallarımız dövlət başçısını dəstəkləməklə yanaşı, bütün seçicilərin seçkilərdə fəal iştirak etməsi istiqmaətində maarifləndirici görüşlərdə yaxından iştirak etməlidirlər". E,İbrahimov çıxışının sonunda bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə dəvət edib.
Görüşdə, həmçinin, çıxış edən bir qrup ağsaqqal seçici - Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Yolçu Zeynalov, Şahrza Ağayev yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB