Sabitlik və əminamanlıq olan yerdə…

Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ölkə prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Züvüç və Osyodərə kəndlərində seçicilərlə görüşlər keçirilib.

Züvüç kəndində keçirilən görüşlərdə YAP rayon təşkilatının sədri Cəlil Baxşiyev çıxış edərək tədbirin məram və məqsədlərini iştirakçılara izah edib. Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə siyasi sabitliyin və əmin-amanlığın bərqərar olması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, bütün sahələrdə islahatların aparılması, Azərbaycanın beynəlxalq nüfuzunun artması və bütün dünyada tanınması, regionda lider dövlətə çevrilməsi və digər məsələləri tədbir iştirakçılarının diqqətinə çatdıran C. Baxşiyev bütün seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Osyodərə kəndnin seçiciləri ilə keçirilən görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Lerik rayon şöbəsinin üzvü Elxan Qəmbərov qeyd edib ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində Azərbaycanda iqtisadiyyatın bütün sahələrində yüksək inkişafa nail olunub, ölkənin müdafiə qüdrəti dəfələrlə artıb. Bütün bunların cənab Prezident İlham Əliyevin səyləri nəticəsində olduğunu xatırladan E. Qəmbərov tədbir iştirakçılarını YAP-ın namizədinə səs verməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə