Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri partiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 30-da Sımıda və Soltanabad kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Rayon şöbəsinin üzvü Mirkamal Qiyasov görüşlərdə çıxış edərək bildirib ki, cənab İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilmişdir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.
Görüşlərdə YAP Saatlı rayon təşkilatının Şura üzvü Camasəddin Əhmədov çıxış edərək bildrib ki, YAP-ın alternativsiz namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz son illərdə beynəlxalq miqyasıl uğurlar əldə edib. Məhz bu uğurların davamlı olması üçün xalqımız 11 aprel seçkilərində cənab İlham Əliyevə yenidən etimad göstərəcək.
Görüşlərdə çıxış edən saatlılar bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşamasına mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab İlham Əliyevə səs verəcəyinə təminat verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB