Zaqatalada təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi 11 aprel prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Muğanlı və Dağlı kənd seciciləri ilə görüşlər keçirib. Görüşdə 600 nəfər seçici iştirak edib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Habil Qurbanov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm tarixi nailiyyətlərdən və ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən danışıb. H.Qurbanov bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlığı üçün Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvlərindən Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova və başqaları çıxış edərək, bildiriblər ki, respublikamız gün-gündən inkişaf edir. Əldə olunan nailiyyətlərin bundan sonra da davam etdirilməsi üçün hamılıqla 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi, hər bir azərbaycanlının taleyini düşünən Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Muğanlı və Dağlı kənd ağsaqqalları Nəzir Süleymanov, Məmməd Zəbibullayev və ziyalılar Bağdagül Məmmədova, Vahidə Mehdiyeva və Yusif Şahmaliyev kənd seçiciləri adından çıxış edərək, bildiriblər ki, prezident seçkilərində yekdilliklə siyasi sabitliyimizin qarantı olan Cənab İlham Əliyevə səs verərək, daha böyük qələblərə doğru "İlhamla irəli" gedəcəklər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə