Şirvanlılar “İlhamla İrəli” deyir!

YAP Şirvan şəhər təşkilatı 11 aprel prezident seçkisiylə bağlı təşviqat kampaniyasını davam etdirir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP-ın Mərkəzi Seçki Qərargahının Şirvan şəhər şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri “İlhamla İrəli” devzi altında Su Kanal İdarəsinin kollektivi ilə görüş keçiriblər.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev və 1 saylı orta məktəbin direktoru Rəfiqə Rzayeva çıxış edərək prezident İlham Əliyevin ölkənin bütün sferalarını əhatə edən sosial yönümlü fəaliyyətindən və respublikamızın qüdrətli dövlətə çevrilməsindən seçicilərə ətraflı məlumat veriblər.

Qeyd edilib ki, inkişafın davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə hamılıqla gəlib İlham Əliyevə səs vermək vacibdir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə