Samuxda müşahidəçilərlə növbəti treninq keçirildi

YAP Samux rayon təşkilatında 11 aprel 2018-ci il tarixdədə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə növbəti treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək seçki məntəqələrinə təyin edilmiş müşahidəçilərin vəzifələri barədə ətraflı məlumat verib.

Treninq diskusiya şəklində keçirilib, hər bir müşahidəçiyə “Müşahidəçilər üçün yaddaş” kitabçası paylanıb və onları maraqlandıran suallara cavablar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə