Aİİ-nin dekanı beynəlxalq konfransda iştirak edib - FOTO

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Qazaxıstan Respublikasının Təhsil Nazirliyi və R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun “Qazaxıstan və Şərq dünyası: keçmiş, indi və gələcək” mövzusunda birgə təşkil etdikləri beynəlxalq elmi və praktiki konfransda iştirak edib. Qurumdan SİA-ya verilən məlumata görə, E. Əzizova Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan mədəni münasibətlərdən bəhs edib.

Məruzəçi daha sonra qeyd edib ki, hər iki dövlət türk-İslam dünyasının siyasi və iqtisadi cəhətdən önəmli təmsilçiləridir. Bu səbəbdən, qarşılıqlı münasibətlər son dövrlərdə xüsusilə inkişaf etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə