Rusiyalı alim Bakı Slavyan Universitetində elmi-praktik seminar keçirib. BSU-nun Mətbuat xidməti SİA-ya verilən xəbərə görə, universitetin tələbələrinə Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru və həmin universitetdə BSU tərəfindən yaradılmış Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Aleksandr Gennadiyeviç Nesterovun "Müasir dövrdə Avropa Birliyində vəziyyət" mövzusunda seminarı keçirilib. Seminarda professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb. Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir. A. Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, A. Nesterov seminar iştirakçılarının çox saylı suallarını cavablandırıb, rəhbərlik etdiyi Azərbaycan Araşdırmaları Mərkəzinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəzin fəaliyyət göstərdiyi müddətdə Rusiyalı tələbələri Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişivə s. haqqında vacib biliklər əldə ediblər. Eyni zamanda o bu ildən Ural Federal UniversitetindəAzərbaycan multikulturalizmi fənnini də tədris etdiyini və bu mühazirələrin tələbələr tərəfindən maraqla dinlənildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB