ADPU-nun prorektoru: "Qış imtahan sessiyası test üsulu ilə keçirilib"
"Universitetimizdə payız semestrinin imtahan sessiyası test üsulu ilə aparılır". SİA-nın xəbərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Malik Cəbrayılov bu gün Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında belə deyib.
Prorektor bildirib ki, test imtahanı şəffaflığı təmin etsə də, tələbələrin yaradıcılıq qabiliyyətində problemlər yaradır: "Universitetimizdə qış imtahan sessiyası test üsulu ilə keçirilib. Bir neçə gün sonra universitetin rəhbərli tələbələrlə görüşəcək və bu görüşdə keçirilən imtahanların keyfiyyəti müzakirə olunacaq. Əminəm ki, tələbələrin əksəriyyəti imtahanların yazılı üsulu ilə keçirilməsinin əhəmiyyətini anlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB